Вторник
мар 26

Makqreqor karyerasını bitirdi

Makqreqor karyerasını bitirdi


İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor MMA turnirlərində bir daha çıxış etməyəcəyini elan edib.

Bu haqda UFC döyüşçüsü Konor Makqreqor öz Twitter hesabında yazıb:

“Bu gün mən rəsmi olaraq “Mixed Martial Arts” (qarışıq əlbəyaxa döyüş növləri) kimi tanınan idmandan gedirəm. Bütün keçmiş rəqiblərimə gələcək çıxışlarında uğurlar arzulayıram. Beləcə artıq təqaüdə çıxmış keçmiş tərəfdaşlarıma qoşuluram”.

Qeyd edək ki, bundan əvvəl 30 yaşlı Makqreqorun iyul ayında Donald Serronla döyüşə çıxacağı gözlənilirdi. Ancaq sonradan Serronun mayda başqa döyüşçü - El Yakvintla gücünü sınayacağı məlum oldu.

Комментарии (0)

Оставить комментарий