08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

COP29-la bağlı Olimpiya Stadionunda 56 kafe və restoran qurulub: Qida kimlərə ÖDƏNİŞSİZ OLACAQ?

COP29-la bağlı Olimpiya Stadionunda 56 kafe və restoran qurulub: Qida kimlərə ÖDƏNİŞSİZ OLACAQ?

"COP29 konfransının keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə onlardan üçü "Mavi zonada", biri isə "Yaşıl zona"dadır:

"Stadion ərazisində 56 yeni kafe və restoran qurulub. 30-dan çoxunda kofeşop və qida satışı nöqtələri, həmçinin 2 böyük restoran fəaliyyət göstərir. Birində milli, digərində dünya mətbəxi olacaq".

O vurğulayıb ki, kafe və restoranlar zonalar üzrə paylanılıb:

"Onlar bir saat ərzində 6 mindən çox qonağa xidmət etmək iqtidarındadırlar. Artıq müxtəlif ölkə pavilyonları portal satışı üzərindən sifarişlərə başlayıb".

A.Zeynalov vurğulayıb ki, COP29 portal və satış nöqtələrində, restoran və kafelərdə qida ödənişli olacaq:

"COP29 Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz xidmətdən yararlanacaqlar. Menyular QR-kod vasitəsilə qonaqlara təqdim olunacaq".

Şirkət rəsmisi həmçinin deyib ki, COP29 tədbiri müddətində əsasən yerli məhsullara üstünlük veriləcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница