09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Qocalmanın qarşısını alan cövhər - FAYDLI və SADƏ

Qocalmanın qarşısını alan cövhər - FAYDLI və SADƏ
Qocalmanın qarşısını alan cövhər - FAYDLI və SADƏ


Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydaları sayılmaqla bitməz. Ən başlıcası bu cövhər vaxtsız qocalmanın qarşısını alır. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, bütün daxili orqanlara müsbət təsir göstərir, orqanizmin zərərli maddələrdən təmizlənməsinə yardımçı olur.

Medicina.az xəbər verir ki, bu çövhərin ən faydalı xüsusiyyətlərindən biri isə qış fəslində bizi gözləyən xəstəliklərə qarşı mübarizə etmək üçün orqanizmdə immun sistemini gücləndirir.

Cövhərin hazırlanması çox sadədir. Bunun üçün aşağıdakılar lazımdır:

Kərəviz - 3 kiloqram

Bal - 400 qram

Sarmısaq - 400 qram

Qıtıqotu (xren) - 400 qram

Limon - 8 ədəd

Alma - 2 ədəd

Bütün bunları ət maşını və ya üyüdücü (blender) vasitəsi ilə əzib xırdalamaq və yaxşıca qarışdırmaq lazımdır. Alınmış kütlə 50 dərəcəyə qədər olan odda qarışdırıla-qarışdırıla qızdırılmalı və qayamadan odun üstündən götürülməlidir. İki gün sərin yerdə saxlanıldıqdan sonra alınmış qarışığın şirəsi çəkilməlidir. Bununla da sağlamlıq cövhəri hazırdır. O, şüşə qablara süzülərək soyuducuda saxlanılmalıdır.

Bu möcüzəvi faydalı cövhəri gündə iki dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır. Qarşıdan gələn soyuq qış günlərini sağlam və gümrah keçirmək, yeni ilinizi xoş ovqatla qarşılamaq istəyirsinizsə tənbəllik etmədən sağlamlıq cövhərini hazırlayın və faydalarından yararlanın.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница