16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sarkisyan separatçılarla görüşdü

Sarkisyan separatçılarla görüşdü
Sarkisyan separatçılarla görüşdü


Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyi"nin ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində separatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanıdan olan nümayəndələrlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə separatçı rejimin prezident aparatı rəhbərinin müavini David Babayan "Azadlıq Radiosu”na bildirib.

D. Babayan qeyd edib ki, Xankəndində keçirilən mərasimdə separatçı Abxaziyanın vitse-prezidenti Vitaliy Qabniya, separatçı Cənubi Osetiyanın administrasiya rəhbərinin müavini Konstantin Puxayev və separatçı Dnestryanının "regionlar naziri" Pyotr Qujex iştirak ediblər.

S. Sarkisyanın bu addımı artıq Gürcüstanda ciddi narazılıqla qarşılanıb.

Qeyd edək ki, tədbirlərdə separatçı rejimlərin nümayəndələrindən başqa iştirak edən olmayıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница