21:22 İlber Ortaylı vəfat etdi 16:44 Azərbaycanda bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ 18:08 "ChatGPT" hər sorğuya 64 litr su sərf edir? 10:59 Media.az xəbər portalının səkkiz yaşı tamam olur 22:37 Mədə-bağırsaq xəstəliklərində edilən səhv: Yanma, şişkinlik nəyin xəbərçisidir? 22:35 İftar vaxtı - 1 mart 2026: Ramazanın 11-ci günü 22:34 İran BAEA Şurasının təcili fövqəladə iclasını tələb edib 22:33 KİV: ABŞ İrana zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib 22:32 Pezeşkian: Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək 22:10 ABŞ-nin İrana zərbələri davam edəcək

Serjik Sarkisyan həbs olunacaq?

Serjik Sarkisyan həbs olunacaq?
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilməyə çağırılıb.
Sonxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Amram Makinyan özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, üç il yarım ifadələr toplandıqdan sonra bu gün Serj Sarkisyanın rüşvət aldığına dair qərar verilib.
Vəkil əlavə edib ki, bu hüquqi biabırçılığın qalan təfərrüatları sonra təqdim olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın öz adını dəyişdirdiyini bildirib:
"Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun "metirka"sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya "Serj", necə deyərlər, məqbul bir addır".
Azərbaycan dövlət başçısının sözügedən açıqlamasından sonra Sarkisyanın əsl adı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Daha sonra sosial şəbəkələrin həm Azərbaycan, həm də Ermənistan seqmentində eks-Prezidentin komsomol biletinin fotosu yayılıb.
Sənəddən də onun adının Serjik olduğunu görmək mümkündür.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница