16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İspaniyanın baş naziri hökuməti qurmaq üçün katalonlara amnistiya istəyib

İspaniyanın baş naziri hökuməti qurmaq üçün katalonlara amnistiya istəyib
İspaniyanın baş naziri vəzifəsini icra edən Pedro Sançes katalonlara amnistiya vermək istədiyini bildirib.


Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.


Qeyd olunub ki, katalonların amnistiyaya düşməsi üçün parlament də baş naziri dəstəkləməlidir.


Pedro Sançes 2017-ci ildə İspaniyadan ayrılmağa cəhd edən katalonlara amnistiya vermək istədiyini bildirib.


"İspaniyanın maraqları naminə, ispanların birgəyaşayışını müdafiə edərək, mən bu gün Kataloniyada son on ildə baş vermiş hadisələrə görə amnistiya elan olunmasını müdafiə edirəm".


Sançes seçkilərdən üç ay sonra hökumət qurmağa çalışır. O, "Sumar" partiyası ilə koalisiyaya razılaşıb, lakin onun dəstəyi parlamentdə yerlərin əksəriyyətini qazanmaq və baş nazir postunu təmin etmək üçün kifayət etməyib.


Onun amnistiya qanunu tələb edən Kataloniya separatçı partiyalarının dəstəyinə ehtiyacı var. Amnistiya isə müstəqilliyə nail olmaq cəhdində iştirak edən 1400-dən çox insanı əhatə edə bilər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница