Среда
июл 20

Sarkisyan istefaya gedir

Sarkisyan istefaya gedir


"Ermənistan prezidenti Serj Sarkisyan özünün istefası prosedurana başlayıb”.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bunu Ermənistan müxalifətinin liderlərindən biri, prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyan deyib.

"Sarkisyan özünü ölkənin prezidenti hiss etsəydi, bu günlər ərzində hər hansı bir bəyanatla çıxış etməyə borclu idi. Hər şeydən göründüyü kimi, o, üsyançıların tələblərinə müvafiq olaraq istefaya gedir”, - müxalif lider bildirib.

Artıq neçə gündür ki, jurnalistlər Ermənistan prezidenti Serj Sarkisyanın harada olduğunu öyrənməyə çalışırlar. Silahlı üsyanın davam etdiyi bütün bu günlər ərzində o bəyanat verməyib.

Jurnalistlərin suallarını cavablandıran prezidentin müşaviri Alik Sarkisyan bildirib ki. ölkə prezidenti "işinin başındadır, lazım gələrsə, bəyanat verəcək”. Bununla birlikdə, müşavir sonuncu dəfə prezidenti nə vaxt görməsi ilə bağlı verilmiş suala cavab verməkdən yayınıb.

Eyni zamanda Yerevanda polis bölməsinin binasını zəbt etmiş silahlı qrupun lideri Pavlik Manukyan daha bir girovu sərbəst buraxmaq təklifini rədd edib. "Əgər siz həmkarlarınıza görə belə narahat olursunuzsa, polis rəisi Vova Qasparyan özü gəlib onları əvəz etsin. Gəlsin yanımıza, bütün girovları azad edək”, - o deyib.

Комментарии (0)

Оставить комментарий