08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

DİN: Avropada baş verən hadisələr montaj edilərək Bakıdakı aksiya kimi təqdim olunur

DİN: Avropada baş verən hadisələr montaj edilərək Bakıdakı aksiya kimi təqdim olunur
DİN: Avropada baş verən hadisələr montaj edilərək Bakıdakı aksiya kimi təqdim olunur


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) özünün rəsmi “Facebook” səhifəsində açıqlama yayıb.

Açıqlamada deyilir:

“Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-da aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmələri, bu məqsədlə onlara müvafiq yer ayrılmasına baxmayaraq, müxalifət təmsilçiləri paytaxtın mərkəzində ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərə yol veriblər.

Razılaşdırılmamış mitinqin keçirildiyi ərazidə ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısı polis əməkdaşları tərəfindən qanun çərçivəsində alınmışdır.

Bu zaman fəaliyyətlərinə heç bir maneə yaradılmadan, hadisələri işıqlandırmaq məqsədi ilə çəkiliş aparan şəxslər tərəfindən polisin fəaliyyətinə dair bir neçə olay, Avropa dövlətlərində baş verən hadisələrlə montaj edilərək, sosial şəbəkələrdə paylaşılır.

Xüsusi qruplar tərəfindən polisin imicini ləkələmək məqsədi ilə təhqir, böhtan, söyüşlərin paylaşıldığı bu statuslar, xalqın böyük əksəriyyəti tərəfindən narazılıqla qarşılanır və bununla bağlı ölkə vətəndaşları və ölkəmizə xüsusi simpatiyası olan əcnəbilər tərəfindən paylaşılan etirazlarda ölkəmizin qanunlarına hörmət, polis əməkdaşlarına ehtiram ifadə olunur.

Bununla əlaqədar ictimai asayişi qoruyan polisin çətin və şərəfli fəaliyyətinə verdiyiniz dəyərə, vətəndaş mövqeyinizə görə təşəkkür edirik. Bildiririk ki, zamanın sərt sınaqlarından çıxmış, həmişə dövlətçiliyimizin etibarlı müdafiəçisi, vətəndaşların ümid yeri olan daxili işlər orqanlarının şəxsi heyəti qaragüruhçuların nə deməsindən asılı olmayaraq öz fəaliyyətini, dövlətçiliyə və xalqa sədaqət ruhunda davam etdirir və bundan sonra da belə olacaq”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница