23 
Apr
2018
21:42
262
53
732
Virtual karabakh

Müdafiə Nazirliyi Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayıb

23 Apr, 2018
21:42
732

Müdafiə Nazirliyi Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyi Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayıb


Azərbaycan Müdafiə Nazirliyi Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayıb.

MN-dən BAKU.WS-ə daxil olan bəyanatda deyilir ki, Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.

Bizimlə əlaqə saxlayın