16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Milli Şura 24 sentyabr mitinqindən imtina etdi

Milli Şura 24 sentyabr mitinqindən imtina etdi
Milli Şura 24 sentyabr mitinqindən imtina etdi


Milli Şura sentyabrın 24-də mitinq keçirməyəcək.

Bu barədə "Report"a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.

Onun sözlərinə görə, növbəti mitinqin keçirilməməsinin səbəbi sonuncu aksiyada baş verənlərdir: "Bilirsiniz ki, sonuncu razılaşdırılmış mitinqdə bir neçə fəal həbs edilib. Biz də bunu nəzərə alıb mitinq keçirməyəcəyik".

E.Quliyev Müsavat Partiyasının rəhbərliyinin mitinqlə bağlı çağırışına da münasibət bildirib: "Çox güman ki, Müsavat rəhbərliyi Milli Şuranın bu qərarından xəbərsiz olub. Biz onların birlik çağırışlarına hörmətlə yanaşırıq".

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə Facebook sosial şəbəkəsində Milli Şuranın mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciət formasının fotosunu paylaşıb. O qeyd edib ki, Milli Şura mitinqlə bağlı bir neçə gün öncə mediaya açıqlama verib: "Biz də ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница