Poçt
Xəbərlər
Kino
Odman
Avto
Шоу-бизнес
Гороскопы
Финансы
Работа

» » Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün FOTOLARI

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün FOTOLARI

14 октябрь 2021, Четверг
31
0


Bu səhər saatlarında yuxulu vəziyyətdə sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının 19 yaşlı sürücüsü Mahmud Əzizovun fotoları yayılıb.
MAY.AZ Yeniavaz-a istinadən xəbər verir ki, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza törətdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edir.
Rəsmi açıqlamaya görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.




Müzakirə et
Rəy bildir
Rəylər (0)
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Digər layihələr
Яндекс.Метрика MobTop.az MobTop.az