16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİB

Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİB
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Toyota Land Cruiser" markalı, 90-AS-020 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 07.01.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Təqsirli bilinən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğluna İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, protokol tərtib olunub. Hadisə sənədləşdirilib. Qarşı tərəfə dəyən ziyan ödənilib".
Qeyd edək ki, bu gün bəzi saytlarda N.Sadıkovun şəhər ərazisində qəza törətməsi barədə məlumat yayılıb.
13:47
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.
BiG.AZ-ın Bakupost.az -a istinadən verdiyi məlumatına görə, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.
Belə ki, "Land Cruiser" markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı "Toyota Prius" markalı maşını vurub.
Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.
Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.
N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница