07:11 ChatGPT müəllimlər üçün pulsuz oldu - Yenilik 19:30 Müəllimlərlə bağlı təklif olunan modelin həm üstünlükləri, həm də çətinlikləri var 19:29 Rusiyada mobil internetdə müvəqqəti məhdudiyyət ola bilər - XƏBƏRDARLIQ 19:21 Bu əsər 236 milyon 400 min dollara satıldı 19:19 Türkiyəli təmsilçidən Fatimə Boşun gözəl seçilməsinə ETİRAZ 19:17 Əməkdar artist: "Bu, barda oxunacaq mahnı deyil" 19:16 Tanınmış türk aktrisa haqda ŞOK İDDİALAR! 19:15 Estetik əməliyyat olunan kişi MƏŞHURLAR 19:14 Erməniyə 12 xal verən Samirənin müdafiəsinə qalxdı 19:14 Ariana Qrandeyə hücum edən şəxs Sinqapurdan deportasiya edildi

Ermənilərin Tərtərə atdığı top mərmisi mülki avtomobilə ziyan vurdu

Ermənilərin Tərtərə atdığı top mərmisi mülki avtomobilə ziyan vurdu
Ermənilərin Tərtərə atdığı top mərmisi mülki avtomobilə ziyan vurdu


Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisinin Tərtər şəhər avtovağzalına düşməsi nəticəsində rayon sakini Yavər Sadıqovun "Opel" markalı avtomobilinə də ziyan dəyib.

Y.Sadıqov "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı avtomobilin içərisində olmayıb: "Biz top mərmisinin düşdüyü ərazinin yaxınlığında yerləşən çayxanada idik".

Qeyd edək ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 09 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница