09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

"Qarabağın məşhur müəllimləri" - Əliyar Əliyev

"Qarabağın məşhur müəllimləri" - Əliyar Əliyev
"Qarabağın məşhur müəllimləri" - Əliyar Əliyev


Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Əliyar Əliyevdir.

Təhsil Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. O, iki il Saransk Dövlət Universitetində, daha sonra doğma kəndində pedaqoji fəaliyyətini davam etdirib.

Qarabağ müharibəsində iştirak edən Əliyar Əliyevin qəhrəmanlığı dillər əzbəridir. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница