Bu gün:
Mezenne:
Bakı C
Новые статьи
Son zamanlar "meymun çiçəyi" deyilən virusun xarici ölkələrdə yayıldığı barədə...
İngiltərədə yeni virus aşkarlanıb. Sonxeber.az xarici mətbuata istinadən xəbər...
Mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi...
Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti...
SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə 3...
ABŞ-ın mərkəzi bank funksiyasını icra edən Federal Ehtiyatlar Sistemi (FED)...
Həkimlərin əməkhaqlarının artırılaraq 1000 manata çatdırılması nəzərdə tutulur....
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə...
Dənizkənarı Milli Park ərazisində yaxın gələcəkdə yeni attraksionlar...
Bakı Metropoliteni koronavirus pandemiyası dövründə sərnişindaşıma və tibbi...
Баннер
Баннер
Aylıq qazancınız sizi qane edirmi?
Последние комментарии
Admin
Гость ChuckSuime, nə lazımdı?...
23 сентября 2021 16:54
Гость ChuckSuime
Кто либо распологает сведениями, как контактировать с администратором? Катаю в обратную связь, он не дает ответ....
25 августа 2021 00:33
» » Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR

Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR

20 окт 2020, 13:41, Admin
0 Комментариев    231 Просмот
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR


Şanlı ordumuz sentyabr ayının 27-dən başlayan Vətən Müharibəsi ilə dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha sübut etdi. Düşməni peşiman edən mərd oğullarımız cəsarətlə Vətən uğrunda döyüşlərə atıldılar. Onların arasında döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da, güllə yarası alanlar da var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumatda bildirilib ki, ürəyi Vətən eşqi ilə döyünən və düşmənin atdığı mərminin partlaması nəticəsində yaralanan oğullardan biri də 30 yaşlı Elvin Qurbanovdur. Xaçmaz rayonunun Aşağı Zeyid kəndində anadan olan Elvin "N" saylı hərbi hissədə xidmət edir. Döyüşün ilk günlərindən bir çox əhəmiyyətli döyüşlərdə mərdliklə döyüşüb, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. Ürəyi vətən eşqi ilə döyünən E.Qurbanov oktyabr ayının 6-da torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşdə mənfur düşmənin atdığı mərmi nəticəsində yaralanıb. Hal-hazırda xəstəxanada müalicə alır.

Mərd oğulların bu günlərdə ziyarətçiləri də az deyil. Onlar arasında Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənov, şöbənin şəxsi heyəti, eləcə də digər rayon sakinləri olublar. Elvin Qurbanova baş çəkənlər onunla fəxr etdiklərini bildirərək, azad olunan torpaqların sevincini yaralı igidlərimizlə birlikdə yaşayırlar. Daha sonra RPŞ-nin əməkdaşları Elvinin rayonun Aşağı Zeyid kəndinə yaşayan ailəsinə baş çəkərək, atası Mürvət kişinin qonağı olublar. Övladlarının mərdliklə vətən uğrunda döyüşündən fəxrlə danışan ataya belə vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edən polislərimiz, onunla fəxr etdiklərini bildiriblər.

Düşmənlə döyüşdə yaralanan digər bir əsgər isə Əlimusa Mehdiyevdir. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanan igidimiz Vətən müharibəsində iştirak etdiyi üçün öyünür. O da döyüşlərdə qolundan yaralanıb. Yarasının onu qorxutmadığını və heç bir ağrı hiss etmədiyini bildirir. Əksinə nə sual verilirsə gözləri gülür və sevinclə cavab verir: "Qələbə bizimdir!"

Yaralı əsgərlərimizdən ürəkdolusu Qələbə sözünü eşitdikcə hər birimizin ürəyi fərəhlənir və yalnız dilimizə bir söz gəlir: "Eşq olsun Azərbaycanın mərd oğullarına. Yaşasın Müstəqil Azərbaycan!" .

Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
Oxşar xəbərlər:
25 сен 2016, 15:59    988    0
Bu dünyada əbədilik nə var ki, Ömür kimi hər şey gəldi-gedərmiş, Nə sevginin günahı var nə bizim Bu...
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив