13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Siçovullardan insanlara keçən nadir virus aşkar edildi

Siçovullardan insanlara keçən nadir virus aşkar edildi

2024-cü ilin mart ayında mərkəzi Almaniyadan olan 44 yaşlı qadın yüksək hərarət, şiddətli yorğunluq, ishal və kəskin böyrək çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. O, müvəqqəti dializ terapiyasına ehtiyac duyub, lakin nəticədə tam sağalıb.

BiG.AZ Lent.az-a istinadla xəbər verir ki, laboratoriya testləri onun xəstəliyinə Seoul virusu, bir növ hantivirus səbəb olduğunu ortaya qoyub, elm adamları, ehtimal ki, onun əlamətlərin görünməsindən bir neçə həftə əvvəl özəl siçovul yetişdirmə müəssisəsinə səfəri zamanı yoluxduğunu sübut edib.


Yerli səhiyyə orqanları, FLI və BNITM tərəfindən aparılan birgə araşdırma nəticəsində məlum olub ki, virus yetişdirmə müəssisəsindən bir neçə siçovulda aşkar edilib. Genetik analiz heyvan və xəstənin viral ardıcıllığı arasında yüksək dərəcədə oxşarlıq aşkar edib. Seoul virusu bütün dünyada geniş yayılsa da, Almaniyada insan yoluxma halları indiyədək olduqca nadir olub.

Virusun ötürülməsinin əsas yolu yoluxmuş siçovulların sidiyi, nəcisi və ya tüpürcəyi ilə çirklənmiş kiçik hissəciklərin inhalyasiyasıdır. İnsandan insana yoluxma halları qeydə alınmayıb.

Professor Rayner Ulrih qeyd edib: "Bir çox insanlar ev siçovullarının ciddi xəstəliklərə səbəb olan patogenləri daşıya biləcəyindən xəbərsizdirlər".

O vurğulayır ki, ev heyvanlarına məsuliyyətlə sahib olmaq və yaxşı gigiyena yeni halların qarşısını almaq üçün çox vacibdir.

Bu arada, İnfeksiya Epidemiologiyası İnstitutunun mikrobioloqu Mario Hyönneman qeyd edir ki, tibb və baytarlıq xidmətləri arasında əməkdaşlıq bu işin hallarının aydınlaşdırılmasında əsas rol oynayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница