16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Heyvandan insana keçən dəhşətli virus yayılır - 19 nəfər ölüb və...

Heyvandan insana keçən dəhşətli virus yayılır - 19 nəfər ölüb və...
Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada heyvandan insan keçən və ölümcül olan "Lassa" qızdırmasından ölənlərin sayı 19-a çatıb.
MAY.AZ xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) əyalət kordinatoru, həkim Rilvau Muhammed bildirib ki, dünya yeni tip koronavirusla mübarizə aparmağa davam edərkən, əyalətdə "Sarı hərarət" və "Lassa" qızdırması ortaya çıxıb. "Sarı hərarət" pandemiyasi ilə mübarizə çərçivəsində əyalətin 19 bölgəsinə 4 milyon peyvənd göndərilib. 2021-ci ilin Yanvar ayında etibarən 1-44 yaş arasında olan insanlara peyvəndin vurulması planlanıb. Hökümət pandemiyanın qonşu əyalətlərə bulaşmaması üçün əlindən gələni edir.
Qeyd edək ki, yanvarda ayından bu günə kimi Nigeriyanın 29 əyalətində 300-dən çox insan "Lassa" qızdırması səbəbiylə dünyasını dəyişib. Hər il quraqlığın yaşandığı noyabr və may aylarında "Lassa" qızdırması daha da çoxalır.
Siçovul nəcisi ilə təmas nəticəsində yayılan bu xəstəlik insandan insana keçə və ölümcül qızdırmaya səbəb ola bilir. Bu barədə insanlara bildirilir ki, gigiyena qaydalarına xüsusi diqqət yetirsinlər, siçovul və digər gəmirici heyvanlarla birbaşa təmas halında olmasınlar. (redaktor.az)

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница