16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Əgər gözlər bulanıq və ya batmış vəziyyətdədirsə, bu, balığın köhnə olduğuna işarədir" - Qida Eksperti

"Əgər gözlər bulanıq və ya batmış vəziyyətdədirsə, bu, balığın köhnə olduğuna işarədir" - Qida Eksperti

Balıq həm zülal, həm də omega-3 yağ turşuları ilə zəngin olduğu üçün sağlam qidalanmanın vacib hissəsi sayılır. Amma balıq düzgün seçilmədikdə həm dad, həm də sağlamlıq baxımından risklər yarana bilər.

Qida eksperti Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, balıq alarkən ilk növbədə onun təzəliyinə diqqət etmək lazımdır.Gözləri şəffaf, parlaq və şişkin olmalıdır. Əgər gözlər bulanıq və ya batmış vəziyyətdədirsə, bu, balığın köhnə olduğuna işarədir:

"Qoxusu təmiz, dəniz və ya göl suyu qoxusuna bənzəməlidir. Kəskin, xoşagəlməz qoxu balığın xarab olduğunu göstərir.Dərisi parıltılı və nəmli olmalıdır. Quru və ya rəngi solğun balıqdan uzaq durmaq məsləhətdir.Pulcuqları möhkəm yapışmalı, asanlıqla qopmamalıdır.Qarnı şişkin olmamalı, basıldıqda tezliklə əvvəlki formasına qayıtmalıdır.

Balığı mövsümündə almaq həm dadına, həm də keyfiyyətinə müsbət təsir edir.
Soyuq aylarda yağlı balıqlar – skumbriya, siyənək; isti aylarda isə daha yüngül, az yağlı növlər seçmək məqsədəuyğundur. Dondurulmuş balıq alarkən qablaşdırmaya diqqət edilməli, üzərində buz parçaları və ya zədələnmiş yerlər olmamalıdır.
İstehlakçılar balığı yalnız etibarlı satıcılardan alsınlar və evdə mütləq düzgün şəraitdə soyuducuda saxlasınlar".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница