16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qarpız alarkən bunlara diqqət yetirin

Qarpız alarkən bunlara diqqət yetirin

Yay mövsümünün gəlməsi ilə qarpız mövsümü də gəldi. Bəs qarpız alarkən nəyə diqqət yetirməliyik?

Qida eksperti Ağa Salamov BiG.AZ-a bildirib ki, yetişmiş və şirin qarpız parlaq və hamar olmalıdır.Qabıqda əmələ gələn bej izləri olan qarpızı alın:

"Qarpızı kəsərkən qabığının rənginə diqqət yetirin.Qarpızı kəsərkən qabığı sarı, ətli hissəsində isə ağ rəng olmamalıdır. Bu növ qarpızdan istifadə edərkən zəhərlənmə ilə qarşılaşa bilərsiniz.Qarpızın üstündə dəliklərin olmağına da diqqət etmək lazımdir.Bəzən qarpızdakı dəliklərin həşərat izləri olduğunu düşünür. Təssüf ki bu qarpıza edilən iynə müdaxiləsidir və bu cür qarpızlardan uzaq durmağa çalışın. Çünki bu cür qarpızların ətli qismi yaxşı görünsədə ,yeyildiyində zəhərlənmə verə bilər.Böyük və içi boş olan qarpızı yeməyin . İçi boş olan qarpız biraz acı tam verir və buda zəhərlənmələrə yol aça bilər. Bu tip qarpızlardan uzaq durun. Qarpızın ətli hissəsindən bir parça kəsib suya qoyun.Bununla siz qarpızda nitrat konsentrasiyasını yoxlaya bilərsiniz. Su parlaq və çəhrayı rəngə çevrilirsə, bu, qarpızın təhlükəli olduğunu göstərir.Qarpızı alarkən onun çəkisinədə diqqət edin.Əgər həddindən artıq yüngül çəkidə olan qarpız olarsa ,o qarpızı almayın.Çünki sağlam qarpızın çəkisidə ağır olmalıdır.
Yetişmiş və şirin qarpız parlaq və hamar olmalıdır.Seçərkən də əzilməmiş və zədələnməmiş qarpızı seçmək lazımdır".
Qabıqda əmələ gələn bej izləri olan qarpızı alın. Bu bej rəngdə görünən izlər arıların daddığı yerdir. Bu, qarpızın çox şirin olduğundan xəbər verir.
Yaşıl saplaqlı qarpızlar yetişməyib. Quru saplaqlı olan qarpızları seçin".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница