18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Bütün unlar faydalı deyil: Həmişə uzaq durmalı olduğunuz UN NÖVLƏRİ

Bütün unlar faydalı deyil: Həmişə uzaq durmalı olduğunuz UN NÖVLƏRİ

Bəzi un növləri zahirən faydalı və ya universal görünsə də, əslində sağlamlığa zərər verə bilər və ya hazırladığınız yeməyi korlaya bilər. Buna görə də bu cür unları mətbəxdən çıxarmaq tövsiyə olunur – xüsusilə qidalanmasına və məhsulun keyfiyyətinə diqqət yetirənlər üçün.

Lent.az bu un növlərini sizə təqdim edir:


Unun qida dəyəri
Nutrisioloq Yelena Kostyuk bəzi un növlərinin hətta bədənin vəziyyətini daha da pisləşdirə biləcəyini bildirib.

100 qramda qida göstəriciləri:

Tam buğda unu – 340 kkal, 13 qram zülal

Düyü unu – 366 kkal, 1 qram zülal, 2 qram lif

Kətan unu – 462 kkal, 18 qram zülal, çoxlu Omega-3

Ağ buğda unu (adi) – 10-13 qram zülal

Ekspertin sözlərinə görə, əgər sizin mətbəxinizdə faydasız və ya "zərərli" un varsa, onu tam buğda unu ilə qarışdırmaq lazımdır. Bu qarışım xəmirin eynilə qalxmasına imkan verməsə də, B qrup vitaminləri və təmizlənməmiş qida lifləri ilə bədəni qidalandırır.

Ən faydalı 3 un növü
Ekspertin tövsiyə etdiyi sağlam unlar:

Kətan unu – Omega-3, lif və faydalı yağlarla zəngindir

Yulaf unu – ürək üçün faydalı, həzm sistemini dəstəkləyir

Qreçka unu – mikroelementlərlə zəngin, qlütensiz və yüngüldür

Hansı unlardan uzaq durmaq lazımdır?
1. Düyü unu

Yüksək qlikemik indeksə malikdir – qan şəkərində kəskin yüksəlişə səbəb ola bilər. Lif azdır, az fayda verir. Uzun müddətli istifadəsi bədənə mənfi təsir göstərə bilər.

2. Qarğıdalı unu

Karbohidrat miqdarı yüksəkdir, amma qidalandırıcı dəyəri azdır

3. Ağ buğda unu (1-ci və ya ən yüksək növ)

Ən çox təmizlənmiş un növüdür – dənin qabığı və cücərtisi (vitaminlərin və lifin əsas mənbələri) çıxarılıb. Bu da qan şəkərinin qəfil qalxmasına səbəb olur

4. Qlütenli un (Vital Wheat Gluten)

Qlütendən əziyyət çəkməyən insanlar üçün ciddi zərəri olmasa da,

Çölyaki xəstəliyi və ya qlüten həssaslığı olanlar üçün bu un iltihab, həzm problemləri və dəri səpgilərinə səbəb ola bilər.

Nəticə
Sağlamlıq üçün ən təhlükəli unlar – düyü, qarğıdalı və ağ buğda unudur. Onlar az faydalıdır, yüksək karbohidrat və şəkər təsiri yaradır. Əvəzində kətan, yulaf və qreçka unu kimi daha təbii və qidalandırıcı növlərə üstünlük verin. Bu, həm sağlamlığınızı qoruyar, həm də yeməklərin keyfiyyətini artırar.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница