16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yay aylarında çox müşahidə olunan zəhərlənmə: Nə etməliyik?

Yay aylarında çox müşahidə olunan zəhərlənmə: Nə etməliyik?

Yayda istilər səbəbindən qida zəhərlənməsi riski artır.

Rusiyalı qastroenteroloq Oksana Yanova zəhərlənmədən sonra orqanizmi bərpa etməyin yollarından danışıb.

Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən bildirir.

Oksana Yanova qeyd edib ki, ilk növbədə çox miqdarda su içmək lazımdır, çünki bu, zəhərlənmə zamanı bədəndə yaranan susuzlaşmanın qarşısını almağa və toksinlərin kənarlaşdırılmasına kömək edir. Qastroenteroloqun sözlərinə görə, su kiçik qurtumlarla içilməlidir ki, qusmağa səbəb olmasın.

Zəhərlənmədən sonra bərpa zamanı bədəni ağır qidalarla yükləmək olmaz. Asan həzm olunan qidalardan ibarət menyu hazırlamaq məsləhətdir ki, məsələn, düyü, banan, tostlar, toyuq bulyonu kimi qidalardan istifadə etmək olar. Həmçinin bağırsaq mikroflorasını bərpa edən probiyotiklər də bu məsələdə xeyirli ola bilər. Probiyotiklər, məsələn, müəyyən yoqurtların və ya xüsusi əlavələrin tərkibində olur.

"İstirahət edin, bədəninizə bərpa olunmaq imkanı verin. Yuxu və istirahət immunitet sisteminə infeksiya ilə mübarizə aparmağa kömək edir. Əgər simptomlar 48 saat ərzində keçmirsə və ya daha da pisləşirsə, o zaman mütləq mütəxəssisə müraciət edin", - deyə həkim vurğulayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница