09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Kimlər xurma yeməməli, kakao içməməlidir?

Kimlər xurma yeməməli, kakao içməməlidir?
Faydaları sübut edilmiş məhsulları bütün insanlar istehlak edilə bilməz. Məsələn, ürək-damar sisteminin, mədə-bağırsaq traktının və qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdıran xurma allergiyaya səbəb ola bilər.


Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əlavə, dietoloq-qastroenteroloq Nuriya Dianovanın sözlərinə görə, xurmada çox miqdarda olan qaba pəhriz lifləri bağırsaq xəstəliyi olan divertikulitin yaranmasına və kəskinləşməsinə səbəb ola bilər". Həm də hemoroiddən əziyyət çəkən və ya qəbizliyə meyilli insanlar bu giləmeyvəni yeməməlidir.


Kakaonun istifadəsindən hər kəs faydalana bilməz. Bu içki qan təzyiqini aşağı salmağa, qan damarlarını genişləndirməyə və "pis" xolesteroldan xilas olmağa qadirdir. Bununla belə, endokrinoloq və dietoloq Oksana Mixaleva qeyd edir ki, yuxusuzluqdan və artan həyəcandan əziyyət çəkən insanlar kakaodan imtina etməlidirlər. Mədə-bağırsaq traktının xəstəliyi ilə gündə iki stəkandan çox kakao içməməlisiniz - içki mədə şirəsinin istehsalını stimullaşdıra bilər.


Bundan əlavə, piylənmə və şəkərli diabet xəstələrinə su və ya yağsız süd ilə kakao hazırlamaq və şəkər əvəzinə təsdiq edilmiş dadlandırıcılar əlavə etmək tövsiyə olunur.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница