16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qadın iki məhsulun köməyi ilə 64 kilo arıqladı

Qadın iki məhsulun köməyi ilə 64 kilo arıqladı

ABŞ-ın Tennessi ştatından olan 38 yaşlı iki uşaq anası Andrea Pens iki il ərzində qida qəbulunu ciddi şəkildə məhdudlaşdırmadan, daha çox sevdiyi qatıq və simitdən istehlak edərək təxminən 64 kq arıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, sadəcə zülal qəbulunu artırıb və kalorilərini izləməyə başlayıb.

Andrea etiraf edib ki, əvvəllər hətta yeriyərkən də daimi yorğunluq, oynaq ağrıları və nəfəs darlığı ilə üzləşib. Bir gün o, özünü idarə etmək qərarına gəlib və təxminən 40 kq arıqlamağı qarşısına məqsəd qoyub.

Kaloriləri izləmək üçün xüsusi mobil proqramdan istifadə edərək o, pəhrizində kifayət qədər protein olmadığını anlayıb. Diyetoloqlar gündə təxminən 100 qram protein istehlak etməyi məsləhət görürlər (çəkidən asılı olaraq).

İndi Andrea səhər yeməyində yunan qatığı yeyir, nahar və şam yeməyində isə zülallı yeməklərə üstünlük verir. Amma sevimli simit və şirniyyatlardan imtina etmir.

Pens, bu yanaşmanı uzunmüddətli uğura nail olmaqda kömək etdiyini bildirir. Yeni pəhrizi sayəsində o, yuxu apnesindən xilas olub və hər gün idman etmək üçün daha çox enerji hiss edir.

Andrea pəhriz mədəniyyətini də tənqid edib. O bildirib ki, burada insanlar porsiya nəzarəti ilə ləzzətli yeməklərdən zövq ala bildikləri zaman özlərini aşağı kalorili yeməklərlə məhdudlaşdırırlar.

O deyir ki, əvvəllər meyvə və qranola kimi "sağlam menyular"a keçməklə belə arıqlaya bilmirdi. Çünki onların kalorili məzmununu düzgün qiymətləndirmirdi. İndi o, hətta "fast food"dan da imtina etmir.

"Çizburqer istəsəm, yeyərəm", - deyə Andrea əlavə edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница