16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə

Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə
Səhər yeməyindən imtina ciddi fəsadlara səbəb ola bilər.
"Qafqazinfo" "MedikForum"a istinadla xəbər verir ki, səhər yeməyindən imtina etmək vərdişi təhlükəsi barədə xəbərdarlıq edən həkim-diyetoloq Yelena Solomatina belə hesab edir.
Diyetoloq deyib ki, səhər yeməyinə təbii ehtiyac insan orqanizminə xasdır. Mütəxəssisin sözlərinə görə, səhər saatlarında fəallığın artması onun üçün təbiidir – bu, müəyyən hormonların istehsalı deməkdir. Belə fəallıq sürətlənmiş maddələr mübadiləsini, səhər saatlarında sürətli qida həzmini təşviq edir.
Diyetoloq dəqiqləşdirib ki, orqanizmdə baş verən mübadilə prosesləri sirkadian ritmlərinə tabedir. O deyib: "Səhər yeməyindən müntəzəm olaraq imtina edilməsi nəticəsində insan axşam vaxtı daha çox yeməyə başlayır, bu da təbii ritmlərin pozulmasına səbəb ola bilər. Bundan başqa, bir müddət sonra sağlamlıqla bağlı ciddi problemlər yarana bilər".
Mütəxəssis qeyd edib ki, əgər insan səhər yeməyi yemirsə, o, çəki artımı, qanda yüksək şəkər və şəkərli diabet problemləri, ürək xəstəlikləri, hətta xərçəng riskinə məruz qalır. Bu, bədənin gün ərzində qəbul edilməmiş kaloriləri kompensasiya etməyə çalışması ilə əlaqədardır ki, bu da insanı daha gec saatlarda yeməyə sövq edir.
Səhər yemək istəyinin olmamasından şikayət edənlərə Solomatina yatmazdan dörd saat əvvəl qida qəbul etməyi məsləhət görüb.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница