16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Arıqlamaq istəyənlər bu saatdan sonra yeməsin - Axşam 6 deyil

Arıqlamaq istəyənlər bu saatdan sonra yeməsin - Axşam 6 deyil
Bir çox insanların beyninə belə bir stereotip yeridilib ki, arıqlamaq istəyənlər axşam saat 6-dan sonra yeməməlidirlər.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, artıq çəkidən qurtulmaq istəyənlər üçün yazılan məşhur kitabların müəllifi, diyetoloq Maykl Mosli müəyyən saatdan sonra yeməməyin faydalı olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, bu, orqanizmə kaloriləri effektiv şəkildə sərf etməyə yardım olur.
Mosli şam yeməyini axşam saat 8-ədək etməyi, bu saatdan sonra isə ağzı bağlı saxlamağı və ya ən azından kalorili heç nə yeməməyi məsləhət görür.
O bildirir ki, axşam 8-dən səhər yeməyinədək ac qalmaq bədənin yağ yandırdığı müddəti artırır. Yatmazdan öncə yeyilənlər isə orqanizmdə "ilişib" qalır və arıqlamağa mane olur.
Bununla yanaşı, diyetoloq şam yeməyindən imtina etməməyi məsləhət görür. Onun sözlərinə görə, axşam yeməyi gündəlik qidalanmanın 30 %-ni təşkil etməlidir. Mosli vurğulayır ki, ac qaldıqda orqanizm stress hormonu olan kortizol ifraz edir. Bu hormon bədəni "ehtiyata" piy toplamağa məcbur edir. Həmin səbəbdən, yeməkdən imtina arıqlamağa kömək etməyəcək.
Axşamlar yüngül protein yeməyi - balıq, toyuq və tərəvəz salatları yemək daha məsləhətdir.
Natəvan Baxşiyeva


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница