Banandan saç tökülməsinə qarşı belə istifadə edin

Banandan saç tökülməsinə qarşı belə istifadə edin
Banan güclü saçlar üçün faydalı maddələrlə zəngindir.
May.az xəbər verir ki, banan yalnız tez və asan qəlyanaltı üçün deyil, həm də saçları gücləndirmək və sağlamlaşdırmaq üçün əla vasitədir.
Onların nəmləndirici xüsusiyyətləri quru saça və dəriyə sahib insanlar üçün çox vacibdir. Bananın tərkibində saç tökülməsinə qarşı effektiv olan qida maddələri də var.
Banan həm pəhriz məhsulu kimi, həm də pulpa və ya qabığını birbaşa saç diblərinə sürtməklə istifadə edilə bilər.
Lent.az xarici mətbuata istinadən saç tökülməsinin qarşısını alan və ya uzanmasına kömək edən bir neçə banan maskalarını təqdim edir:
Banan və kəsmik saç maskası

İki yetişmiş bananı pasta halına gətirənə qədər əzin və kəsmiklə qarışdırın. Daha sonra qarışığı saç diblərinizi tətbiq edin. Qarışığı həftədə iki dəfə baş dərinizə çəkin və 15 dəqiqə başınızda saxlayın.
Banan və avokado saç maskası

E vitamini və biotinlə zəngin avokadonu bananla qarışdıraraq pasta hazırlayın. Qarışığı baş dərinizə çəkin və 15-30 dəqiqə saxlayın. Daha sonra şampun ilə yuyun.
Banan və bal saç maskası

Bananı bal ilə qarışdırın. Saç diblərinizə sürtün. Bu maska saçların uzanmasına çox kömək edəcək. Qarışığı başınızda 15 dəqiqə saxlayın, sonra isə yuyun.
Banan və aloe saç maskası

Dilimlənmiş bananları yaxşı beta-karotin və vitamin mənbəyi olan aloe ilə qarışdıraraq pasta halına gətirin. Qarışığı saç dibinizə çəkin və 15-30 dəqiqə saxlayın.

Maraqlı ve Meslehetli
Qışda BU SƏHVLƏRƏ yol verməyin - Dermatoloqdan XƏBƏRDARLIQ

Qışda BU SƏHVLƏRƏ yol verməyin - Dermatoloqdan..

Maraqlı ve Meslehetli
Yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQ

Yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQ..

Maraqlı ve Meslehetli
Sosial şəbəkələrdən 1 həftə imtina etdikdə orqanizmdə nə baş verir?

Sosial şəbəkələrdən 1 həftə imtina etdikdə orqanizmdə..

Maraqlı ve Meslehetli
Qalın topuqlu qadınlar necə geyinməlidir?

Qalın topuqlu qadınlar necə geyinməlidir?..

Maraqlı ve Meslehetli
Mikroblar - planetin yeni xilaskarı rolunda

Mikroblar - planetin yeni xilaskarı rolunda..

Maraqlı ve Meslehetli
Duzlu kələm suyu arıqladır?

Duzlu kələm suyu arıqladır?..

Rəylər (0)