16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Xərçəngin əmələ gəlmə səbəbləri

Xərçəngin əmələ gəlmə səbəbləri
Ekologiya və ətraf mühitin kirlənməsi insanlarda bir çox xəstəliklərin artmasına səbəb olur. Bu xəstəliklərin siyahısında isə birinci yeri xərçəng xəstəliyi tutur.
İnsanların immun sistemindəki zəiflik və xəstəliklərə qarşı müqavimətin az olması isə bütün xəstəliklərlə birgə xərçəng xəstəliyinin də dünya əhalisi asrasında sürətlə yayılmasına səbəb olmuşdur. Xərçəngin əmələ gəlməsində aşağıdakı faktorlarların rolu böyükdür:
1. Kimyəvi toksik maddələr.
Mütəxəssislər civə, nikel, siyanid turşusu və digər bəzi kimyəvi maddələrin canlı orqanizm tərəfindən sorularaq bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olduqlarını söyləyirlər. Onlar kimyəvi toksik maddələrin balıqlara da təsr etdiyini və həmin balıqlardan qidalanan adamların da balıq vasitəsilə xəstəliyə yoluxduğunu söyləyirlər. Mütəxəssislərin araşdırmaları bəzi dəniz və su hövzələrində yaşayan iri balıqların ətində polixlor bifelil olduğunu aşkarlamışdır. Bu xlorlu birləşmənin az miqdarı insan orqanizmində xərçəngin əmələ gəlməsinə səbəb olur.
2. Heyvan mənşəli yağlar.
Mütəxəssislər heyvan mənşəli yağların da xərçəng əmələ gətirdiyini söyləyirlər. Çox miqdarda yağın döş, prostat, düz bağırsaq və böyrək xərçənginə səbəb olduğunu dəfələrlə söyləyən xərçəng araşdırmaçıları heyvani yağların kanserogen təsirə malik olmasının söyləyirlər. Yağın immun sistemi zəiflətməsi və orqanizmdə sərbəst radikal yaratma qabiliyyətinə malik olması buna bir sübutdur.
3. Karbonlu (doymamış) yağ turşuları.
Karbonlu yağ turşuları diğər yağ turşularının metobolizmindən əmələ gəlir. Onlar orqanizmdə bütün hüceyrələr tərəfindən mənimsənilə bilirlər. Doymamış yağ turşuları orqanizmə daxil olduqda immun sistemin zəifləməsinə, mədə-bağırsaq sistemi xəstəliklərinə, orqanizmdə steroid hormonlarının artmasına, arterial təzyiqin qalxmasına səbəb olurlar. Mütəxəssislər doymamış yağ turşularının xərçəng hüceyrələrinin çoxalmasına səbəb olduğunu və Omeqa-3 yağının bu prosesin qarşısını aldığını söyləyirlər.(milli.az)

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница