16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

5 saatdan az yatanlar… – Təhlükəli durum

5 saatdan az yatanlar… – Təhlükəli durum
Həkimlər xroniki yuxusuzluğun fəsadlarından danışıblar.
Azmedia.Az  xəbər verir ki, gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çoxsaylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qarşısını alır. Bundan əlavə peyvənddən sonra orqanizmdə anticisimlərin yaranması yuxunun keyfiyyətindən asılıdır.
Son tədqiqatlara əsasən sutkada 5 və daha az saat yatanlarda digərlərinə nisbətən piylənmə riski iki dəfə artıqdır. Buna səbəb xroniki yuxusuzluğun toxluq və aclığa cavabdeh hormonun ifrazının zəifləməsidir. Bu hormonun balansının pozulması daimi aclıq hissinə səbəb olur.
 
Xroniki yuxusuzluq ürək-damar xəstəlikləri riskini artırır, arterial təzyiqi yüksəldir.
Mütəxəssislərin fikrincə beş saatdan az yatanların orqanizmləri qlükozanın transformasiyasını zəiflədir ki, bu da qanda şəkərin artmasına səbəb olur.
Yuxuda orqanizm dərinin elastikliyinə cavabdeh hormonlar ifraz edir. Bu hormonlar qırışların əmələ gəlməsində həlledici rol oynayır. Yaxşı yuxu dəri hüceyrələrinin bərpasını yaxşılaşdırır, sərbəst radikalların onlara mənfi təsirini azaldır.
Yuxusuzluq sümük kütləsinin formalaşmasına maneələr törədir. Bu fakt isə sümüklərin zədələnməsinə səbəb olan bir sıra xəstəliklər yarada bilir.
Yuxusuzluq orqanizmə yalnız fiziki zərər vermir, depressiyalara, psixi pozuntulara da səbəb olur.//publika.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница