16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Falqa ilə bişirilən yeməklər zob əmələ gətirir

Falqa ilə bişirilən yeməklər zob əmələ gətirir
Həkim - toksikoloq Mixail Kutuşovun fikirincə, yeməkləri falqa içində bişirmək qalxanabənzər vəzin funksiyasının pozulmasına, piylənməyə və xərçəngə səbəb ola bilər.
"Medicina" xəbər verir ki, falqa hormonal disbalansa səbəb ola biləcək ksenoestrogenlərin daşıyıcısıdır.
Ksenesterogen insan bədənində qadın hormonları - estrogenlər kimi maskalanan kimyəvi maddələrdir. Onlar çox yığıldıqda, hormonal balanssızlığa səbəb olur.
Həkim xəbərdarlıq edib ki, belə kimyəvi maddələr qalxanabənzər vəzin funksiyasının pozulmasına, piylənməyə, həmçinin xərçəngə, sonsuzluğa və digər patologiyalara səbəb ola bilər.
Bundan əlavə, falqa alüminium olduğu üçün zərərlidir.
"Alüminium böyrəklərdə, qalxanabənzər vəzdə, beyində toplana və müxtəlif xəstəliklərə səbəb ola bilər. Falqanı perqamentlə əvəz etməyi məsləhət görürəm. Belə material məhsulları yandırmaqdan mükəmməl qoruyur və nəmi yaxşı saxlayır, həmçinin bədən üçün zərərli toksinləri istehlak etmir".
Həkimlərin fikrincə, alüminium hüceyrələrin böyüməsini və inkişafını ləngidir, sinir sisteminə mənfi təsir göstərir və bəzi məlumatlara görə, bədxassəli şişlərin yaranmasına kömək edir.
Çox vaxt alüminium qırmızı ət və quş əti ilə təmasda olduqda təhlükəli olur. Alüminiumun sərbəst buraxılması pendir, limon, ədviyyat və duzun əlavə edilməsi ilə artır. Həkimlər bu yeməkləri falqa ilə bişirməkdən imtina etməyi məsləhət görürlər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница