16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Çox qızardılan çörək və kartof - BU XƏSTƏLİYƏ SƏBƏB OLUR

Çox qızardılan çörək və kartof - BU XƏSTƏLİYƏ SƏBƏB OLUR
Britaniyanın Ərzaq Standartları Qurumu (FSA), çörək və kartof kimi nişasta tərkibli yeməklərin yüksək temperaturda bişirilərkən akrilamid adlı kimyəvi maddənin ifraz olunduğunu və bu maddənin də xərçəngə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
FSA, riskləri azaltmaq üçün bu cür qidaların bişirmə təlimatlarına diqqətlə əməl edilməsini və bu cür yeməkləri rəngi tündləşməyənədək bişirilməsini tövsiyə edib.
FSA bundan başqa, kartofun soyuducuda saxlanılmasının zəruriliyi barədə xəbərdarlıq edib. Bunun səbəbi isə otaq temperaturunda kartofun tərkibindəki şəkər səviyyəsinin artması və bunun da bişirmə zamanı ifraz edilən akrilamidin miqdarını yüksəltməsidir.
Lakin Xərçəng Araşdırmaları Təşkilatının sözçüsü, akrilamid ilə xərçəng arasında əlaqənin insanlarda hələ sübut olunmadığını deyib.
Nə qədər çox bişsə, akrilamid də o qədər yüksək olur
Çox uzun müddət ərzində yüksək istilikdə qovrulan, qızardılan, ya da kabab edilən nişastalı qidalarda akrilamid adı verilən kimyəvi bir maddə meydana çıxır.
Müxtəlif qidalarda tapılan akrilamid, bişirmə prosesində təbii olaraq ifraz edilir.
Bu maddə, çörək, biskvit, keks və qəhvə kimi 120 dərəcənin üzərində bişirilən və yüksək nişasta tərkibli qidalarda var.
Maddə həmçinin evdə kartof və çörək kimi qidaların yüksək istilikdə bişirilməsi zamanı da ortaya çıxır.
Məsələn, çörəyi qızardanda akrilamid maddəsi də üzə çıxır.
Qızardılan çörəyin rəngi nə qədər tünd olarsa, ortaya çıxan akrilamid miqdarı da bir o qədər yüksək olur./Redaktor.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница