^
U

Azərbaycanda 5 nəfər ömürlük həbs edilib


Ötən il Azərbaycanda 13733 nəfər məhkum olunub. 2016-ci ildə isə bu rəqəm 13 758 olub.

AzVision.az statistik göstəricilərə istinadən xəbər verir ki, onlardan 7259 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilənlərdir.
Həmin məhkumlardan 2963 nəfəri 2 ilə qədər, 2485 nəfəri 2 ildən 5 ilə qədər, 1391 nəfəri 5 ildən 10 ilə qədər, 420 nəfəri 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib.

2017-ci ildə 5 nəfər ömürlük azadlıqdan məhrum edilib, 2016-ci ildə isə ömürlük azadlıqdan məhrum edilən sayı 10 nəfər olub. Həmçinin, 141 nəfər ictimai işlər üzrə, 1645 nəfər islah işləri üzə cəzalandırılıb.

Rəsmi məlumata əsasən, 95 nəfər intizam xarakterli hərbi hissədə saxlanılıb, 2927 nəfərə cərimə tətbiq edilib, 1634 nəfər şərti məhkum edilib.

Ümumilikdə 5 nəfər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunanlardır.

Məhkum olunanlardan 547 nəfəri fəhlələr, 51 nəfəri qulluqçular, 21 nəfəri kənd təsərrüfatı işçiləri, 124 nəfəri şagird və tələbələr, 8312 nəfəri əmək qabiliyyətli olub işləməyən və oxumayanlar, 3428 nəfəri isə digər məşğulluq növləri üzrə fəaliyyət göstərənlərdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 723 Tarix: 7-07-2018, 13:27
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az