^
U

Sərnişinlərin nəzərinə: Sabah "Xətai" metro stansiyası işləməyəcək


Sabah Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası günün birinci yarısında sərnişinlərə xidmət göstərməyəcək.

Bu barədə BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, stansiya saat 12:00-a kimi işləməyəcək. Həmin vaxt "Cəfər Cabbarlı" stansiyasından "Şah İsmayıl Xətai" stansiyasına qatarlar hərəkət etməyəcək.

N.Paşayev bildirib ki, saat 12:00-dan etibarən "Şah İsmayıl Xətai" stansiyasına giriş açıq olsa da, "Cəfər Cabbarlı" stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Xətai, stansiyası, işləməyəcək
Bölmə: Xeberler Oxunub: 962 Tarix: 27-02-2017, 01:52
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az