16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sabahdan metro yeni qrafiklə işləyəcək

Sabahdan metro yeni qrafiklə işləyəcək
Sabahdan metro yeni qrafiklə işləyəcək


Sabahdan Bakı Metropoliteninin qatarları yay qrafiki ilə hərəkət edəcək. Bu barədə BAKU.WS metropolitenin saytına istinadən məlumat verir.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyunun 22-dən metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılacaq. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ əsasən, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Gur saatlarda "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə interval 2.5 dəqiqə olacaq. Gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 5-dən 8-in yarısına qədərdir.

Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Yalnız gecə saatlarına yaxın hərəkət daha böyük intervalla təşkil edilir.

Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də "28 May" stansiyasından sonra hərəkət zamanı həm "İçərişəhər", həm də "Dərnəgül" stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edirlər.

Qeyd edək ki, "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval "Bakmil-Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarlarda metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.

Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница