16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Ömürlük sevginin əsas sirri ünsiyyətdədir" - Psixoloq

"Ömürlük sevginin əsas sirri ünsiyyətdədir" - Psixoloq

Ömürlük sevgi emosional bağlılıqdan çox, qarşılıqlı hörmət və anlayış üzərində qurulur"

Müasir dövrdə münasibətlərin tez sönməsi və ayrılıqların artması fonunda "ömürlük sevgi" anlayışı bir çox insan üçün artıq ideal kimi görünür.

Psixoloq Dilarə Yusifzadə BiG.AZ-a bildirib ki, uzunömürlü və dayanıqlı sevgi təsadüfi yaranmır, o, emosional sabitlik, qarşılıqlı hörmət və empatiya üzərində formalaşır:

"İnsanların çoxu sevgini yalnız güclü hiss kimi qəbul edir, halbuki bu, münasibətin yalnız başlanğıc mərhələsidir. Sevgi sadəcə emosional coşqu deyil. Zaman keçdikcə bu hiss anlayış, qayğı, hörmət və sadiqliklə əvəz olunmalıdır. Əgər tərəflər bir-birini dəyişdirməyə yox, anlamağa çalışırsa, o zaman münasibət uzunömürlü olur. Ömürlük sevginin əsas sirri ünsiyyətdədir. Açıq və dürüst dialoq münasibətdə inamı qoruyur.

Susqunluq və gizlətmələr münasibətdə emosional məsafə yaradır. Problemləri gizlətmək yox, onları birlikdə həll etməyə yönəlmək daha sağlamdır.

Sevgi özünü itirmək deyil. Hər iki tərəf öz şəxsiyyətini, dostlarını, maraqlarını və hüdudlarını qoruyarsa, bu, münasibəti zəiflətmir, əksinə, onu möhkəmləndirir.

Ömürlük sevgi realdır, amma yalnız o zaman ki, tərəflər "biri üçün yaşamaq" yox, "birlikdə yaşamağı" öyrənirlər".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница