18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Lotereyadan milyonlar uddu, xəstəxanaya düşdü

Lotereyadan milyonlar uddu, xəstəxanaya düşdü

Böyük Britaniyada Adam Lopes lotereyada bir milyon funt sterlinq (təxminən 2 milyon manat) udub və xəstəxanaya düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 39 yaşlı Lopes iyul ayında uduşlu biletini əldə edib. O, həmin vaxt beş lotereya bileti alıb və onlardan biri qalib gəlib.

Lopes etiraf edir ki, böyük uduş onun başını gicəlləndirib. O işindən çıxıb, pulun bir hissəsini yaxınlarına paylayıb, qalan hissəsini isə ardıcıl keçirdiyi şənliyə və əyləncələrə xərcləyib. Nəticədə bu həyat tərzi onu xəstəxanaya salıb.

Onun sözlərinə görə, bir səhər oyananda nə yeriyə, nə də normal nəfəs ala bilib. O, təcili yardımı çağırmalı olub. Xəstəxanada həkimlər onun ağciyərlərində tromb əmələ gəldiyini müəyyənləşdiriblər.

Kişi etiraf edib ki, yalnız o an yeni həyat tərzinin əsl qiymətini dərk edib:

"Uduş mənə heç vaxt yaşamadığım bir həyatı yaşamaq imkanı verdi. Amma düşünürəm ki, mən səhv yola düşmüşdüm".

Səkkiz gün sonra Lopes xəstəxanadan buraxılıb. O deyib ki, xəstəxanada keçirdiyi müddət onun üçün sanki "ayağa qalxmağa bir təkan" olub. İndi o, həyat tərzinə daha ciddi və diqqətli yanaşmağı planlaşdırır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница