18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Qoxubilmə hissinin itməsi ölüm XƏBƏRÇİSİDİR

Qoxubilmə hissinin itməsi ölüm XƏBƏRÇİSİDİR

Qoxubilmə hissinin zəifləməsi yaşlı insanlarda ölüm riskinin güclü göstəricisidir. "Qoxubilmə pozğunluğu 5 il ərzində yaşlı insanlarda ölümdən xəbər verir" adlı tədqiqatda 57–85 yaş arası iştirakçılardan beş tanış qoxunu – gül, nanə, dəri, portağal və balıq müəyyən etmələri xahiş olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatda iştirak edən iştirakçıların 12 faizi beş il ərzində vəfat edib.

Ölənlərin 39 faizi ilkin testdən keçməyib, 19 faizində qoxubilmə qabiliyyəti ciddi şəkildə zəif olub. Yalnız 10 faizi isə kəskin qoxu hissinə sahib olub.

Mütəxəssislər bildirirlər ki, qoxu itkisi ölümün səbəbi deyil, sadəcə bədəndə baş verən ciddi dəyişikliklərin xəbərçisidir. Bu dəyişikliklər insanın ümumi sağlamlıq vəziyyətinin pisləşdiyinə işarə edə bilər və erkən tibbi müdaxilə tələb edə bilər.

Alimlər vurğulayırlar ki, belə dəyişikliklərə laqeyd yanaşmaq olmaz və müntəzəm müayinə vacibdir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница