16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Xurma ağızbüzəndirsə... - Dadlı xurmanı necə seçək?

Xurma ağızbüzəndirsə... - Dadlı xurmanı necə seçək?
Xurma ağızbüzəndirsə... - Dadlı xurmanı necə seçək?


Xurma ən faydalı meyvələrdəndir. Bəziləri yumşaq xurmaları sevir, bəziləri alma kimi bərk olanları. Lakin bu meyvə tam yetişmədikdə ağız büzür və heç də yeyiləsi olmur. Bəs yaxşılarını necə seçək və ya aldığımız xurmalar yaxşı çıxmasa, nə edə bilərik?

MAY.AZ lenta.ru-ya istinadən oxuculara bu barədə bir neçə məsləhət vermək istəyir.

Ağız büzməyən növlər kəsildikdə yumru və ya dördkünc formada olur. Adətən onlar daha tünd rəngdə, bərk və xırçıldayan olur, qaldıqca yumşalmır.

Konus formasında olanlar isə ağız büzən növə aiddir. Tam yetişdikdə onlar çox yumşalır.

Ağız büzməməsi üçün xurma tam yetişməlidir. Bunun üçün onu paketə qoyub bir neçə gün saxlamaq lazımdır. Prosesi daha da tezləşdirmək üçün həmin paketə etilen ifraz edən meyvələrdən - banan, yaxud alma - qoymaq olar.

Büzücü effektdən qurtulmağın daha bir yolu - xurmaları qaynar suda saxlamaqdır.

Onları dondurmaq da bu məsələdə faydalı ola bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница