18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta

Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta
Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta


Yumurtanın nə qədər faydalı qida olduğunu bilirik. Mütəxəssislər hər gün səhər yeməyində 1 yumurta yeməyi vacib hesab edir. Amma yumurtanı bu cür bişirib yesəniz, həm sağlam olar, həm də doyumlu, sizi uzun müddət tox tutar. Ona görə də oruc tutanlara bu yeməyi imsakda yemək tövsiyə olunur. Elit.az istinadən hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:

2 ədəd yumurta
1/2 yemək qaşığı kərə yağı
1/2 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı qırmızı pulbibər
1 çay qaşığı quru nanə
Duz
Hazırlanması:

Yumurtaları yuyub, kiçik dərin qazanda 7-10 dəqiqə qaynadın. Qaynatdığınız yumurtaların qabıqlarını soyduqdan sonra uzununa iki yerə bölün.

Daha sonra kiçik bir tavaya yağ töküb əridin. Üzərinə qırmızı toz bibəri əlavə edib, qarışdırın. Yumurtaların içi alta düşəcək şəkildə tavaya qoyun. Üzərinə duz, nanə və qırmızı pulbibər səpin. 2-3 dəqiqə vam odda bişirin.

Nuş olsun!

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница