13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Hansı ət növü bədənə daha XEYİRLİDİR? - Dovşan, xoruz, balıq, camış....

Hansı ət növü bədənə daha XEYİRLİDİR? - Dovşan, xoruz, balıq, camış....

Mütəxəssislər bildirirlər ki, insan orqanizmi üçün heyvani zülal əsas enerji və toxuma bərpası mənbəyidir. Lakin hər bir ət növünün tərkibi və faydası fərqlidir. 


BAKU.WS-in araşdırmasına görə, quzu və qoyun əti yüksək dəmir və sink tərkibinə görə qanazlığı və zəif immuniteti olan insanlar üçün tövsiyə olunur. Qoyun ətindəki doymuş yağ miqdarı bir qədər çox olsa da, soyuq aylarda bədəni istiliklə təmin etməyə kömək edir.

Dana və mal əti zülal, B qrupu vitaminləri və kreatinlə zəngin olan mal əti əzələlərin inkişafını dəstəkləyir, yorğunluğu azaldır. Qırmızı ətin normadan artıq qəbulu isə xolesterinin artmasına və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Toyuq və cücə əti aşağı yağ tərkibli, asan həzm olunan bu ət növü pəhriz saxlayan və idmanla məşğul olan insanlar üçün uyğundur. Toyuq əti immun sistemini gücləndirən sink və selenlə zəngindir.

Xoruz ətində zülal daha çox, yağ nisbətən az olur. Xüsusilə orqanizmin bərpa prosesində və sümüklərin möhkəmlənməsində faydalıdır.

Mütəxəssislər dovşan ətini ən dietik ət növü hesab edirlər. Tərkibində yağ az, zülal çoxdur və allergik reaksiyaya səbəb olmur. Ürək-damar, mədə və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər üçün faydalıdır.

Omega-3 yağ turşuları, D vitamini və fosforla zəngin balıq əti beyin fəaliyyətini yaxşılaşdırır, ürək-damar xəstəliklərinin riskini azaldır. Həkimlər həftədə azı iki dəfə balıq yeməyi tövsiyə edirlər.

Az yağlı və zülalla zəngin at əti xüsusilə idmançılar və fiziki aktiv şəxslər üçün faydalıdır. At ətindəki yüksək dəmir və B12 vitamini qan dövranını yaxşılaşdırır, xolesterini aşağı salır. Eyni zamanda bu ət soyuq iqlimdə yaşayanlar üçün orqanizmi gücləndirən enerji mənbəyi hesab olunur.

Camış əti aşağı yağlı, yüksək zülallı və zəngin dəmir mənbəyidir. Xüsusilə qanazlığı və zəif enerji səviyyəsi olan insanlar üçün faydalıdır. Həmçinin ürək-damar sağlamlığını qorumağa kömək edir və yüksək kalorili qidalanmaya ehtiyacı olanlar üçün yaxşı enerji mənbəyidir.

Mütəxəssislər vurğulayırlar ki, hər bir ət növü faydalıdır, lakin balanslı qidalanma üçün onların qəbul miqdarı və bişirilmə üsulu vacibdir. Qızartma əvəzinə buğda və ya sobada bişirilən ətlər daha sağlam hesab edilir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница