^
U

Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək. (Tebyan)Uşaqları İlahi nemətlərə şükür etdirməyə adət etdirməyin müxtəlif yolları vardır. Bunlardan bəzisinə işarə edək:
1. Uşaqlarınıza başa salın ki, nəyə görə Allaha şükür edirsiniz. O zaman ki, yemək süfrəsindəsiniz, ya maşında sükan arxasındasınız, malik olduğunuz nemətləri səsli şəkildə yadınıza salın və onlara görə Allaha şükür etməli olduğunuzu bəyan edin. Misal üçün övladınıza deyin ki, bu nemətlərə görə və ya Allahın səni mənə verdiyinə görə Ona şükür edirəm. Hətta gözəl havaya və ya gözəl bağçaya malik olduğuna görə şükür etdiyini övladına söylə.
2. Uşaqlarınızdan soruşun ki, hansı şeylərə görə Allahdan razıdır. Onlar yəqin ki, belə cavablar verəcəklər: "Bizə ev verdiyinə görə, maşın verdiyinə görə...". Belə düşünməklərinin eybi yoxdur. Onlara başa salın ki, bu dünyada hər nəyi varsa, ona görə Allahdan razı olmalıdır.
3. Nemətlərin adını çəkin. Namaz və dua edəndən sonra övladınızı yanınızda əyləşdirib, Allahın insana verdiyi hər bir nemətin adını çəkin. O nemətlərin adını çəkin ki, uşaq onlara indiyə qədər diqqət etməmişdir, bədən üzvləri, sağlamlıq, valideyn kimi.
4. Sadə yaşamağa çalışın. O zaman ki, uşağın həyatı sadə olar, şükür etməyi daha asan öyrənə bilər. Oyuncaqla dolu olan otaq yerinə, uşağınız üçün ancaq sevdiyi bəzi oyuncaqların olduğu otaq təşkil edin. Övladınızın qarşısına cürbəcür yemək qoymaq yerinə, ona iki cür yemək arasında seçim etməsini söyləyin.
5. Kiçik şeylərə diqqət etməyi öyrədin. Övladınıza ətrafındakı nemətlərin xırdalıqlarına diqqət etməsini öyrədin. Yarpaqların rəngi, günəşin batması, dənizin dalğaları kimi. Uşaq başa düşəcəkdir ki, bu xırda şeylər belə, Allahın nemətlərindəndir.
6. Başqalarına təşəkkür etməyi öyrədin. Övladınızın ad günündə ona hədiyyə gətirən hər bir kəsə təşəkkür etməsini ona öyrədin. Həmçinin bayramlarda və ya xüsusi günlərdə ona edilən hər bir yaxşılığa görə təşəkkür etməsini öyrənsin.
7. Uşaqlarınıza infaq etməyi öyrədin. Nə zaman övladınızın paltarı əyninə kiçik olsa, onu başqa ehtiyacı olan uşaqlar üçün ayırmasını söyləyin. Bu əməl uşağınıza şükür etmək hissinin şirinliyini daddırar.
8. Uşağınızın yanında başqalarının yaxşı cəhətlərini söyləyin və onları tərifləyin. Övladınıza başqalarının müsbət tərəflərini görməyi öyrədin.
9. Özünüz nümunə olun. Əgər övladınızın şükür edən olmasını istəyirsinizsə, gərək özünüz bu işdə nümunə olasınız. Çalışın az şikayət edin və həyatın müsbət tərəflərinə çox diqqət edin. Ona görə də Allaha tez-tez şükür edin. Bu zaman övladınız şükür etməyin mənasını dərk edəcəkdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İslam Oxunub: 183 Tarix: 29-10-2022, 14:59
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az