22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası

Allaha gedən yolda hallar

Allaha gedən yolda hallar
Qurani-kərimdə buyurulur: “Allah səbir edənlərlədir”. Peyğəmbərimizdən iman barədə soruşdular, “səbir və xoş əxlaqdan ibarətdir”, - deyə cavab verdi. Başqa bir hədisdə isə deyilir: "İman iki hissədən barətdir: yarısı səbir, yarısı da şükürdür”.

Səbir, fəqrdən sonra növbəti məqamdır. Səbir məqamında yoxsulluq içində yaşayan şəxs çətinliklərə dözər, fəqrdən doğan ani əziyyətlərə səbir edər.

Möminə istər nemət verilsin, istərsə bəla, - başa düşər ki, bunlar ilahi qəzavü-qədərin nəticəsi, haqqın iradə və ixtiyarının məhsuludur. Əgər sınaq üçün verilirsə, mömin səbir edər; əgər məhəbbət və lütf məqsədilə verilirsə, şükür söyləyər.

Ariflərin fikrincə, səbirin ən yüksək dərəcəsi odur ki, bəladan xilas olmağın intizarını çəkməyəsən. Şeyx Nəsirəddin Tusi səbirin 3 növü olduğunu göstərir:

Səbirin birinci növü avamlara məxsusdur; onlar əsil ariflərə bənzəmək arzusu ilə bəladan şikayət etməz və dözərlər.

Səbirin ikinci növü abidlərə, zahidlərə və təqva əhlinə məxsusdur ki, axirət mükafatının təmənnası ilə səbir edərlər.

Nəhayət, ariflərin səbiri bunların hamısından üstündür. Onlar bəlanı Allahdan bir lütf kimi qəbul edib bundan ləzzət alarlar (Nəsirəddin Tusi – “Övsaf əl-əşraf”).

İrfan ədəbiyyatında səbir – salikin vücudunu misdən qızıla çevirən sehirli vasitəyə bənzədilir. Mövlana Rumi isə səbiri Həzrət Yusifi (ə) quyudan çıxaran xilaskar ipə oxşatmaqla, onun insana fəlakətdən nicat verən vasitə olduğunu bildirir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница