16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Tibb Universitetindən şortik qadağası - FOTO

Tibb Universitetindən şortik qadağası - FOTO
Azərbaycan Tibb Universitetində (ATU) tələbələrinə geyimlə bağlı yeni qayda tətbiq edilib. Belə ki, Ali təhsil müəssisəsi təhsil alanların geyiminə müəyyən qadağalar qoyub.
BiG.AZ xəbər verir ki, universitetin yeni geyim qaydalarını əks etdirən elan sosial şəbəkələrdə yayılıb. Yazıda "İctimai qaydalara uyğun olaraq, əsaslı kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qəti qadağandır" sözləri qeyd edilib.
Oxu.Az məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova ilə əlaqə saxlayıb. O, bildirib ki, yayılan elanda qeyri-adi heç nə yoxdur:
"Cəmiyyətin qaydalarına bir dəvətdir, qərardır. Hətta ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun olaraq, müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə tələbələrin dərsə davamiyyəti kimi baxırıq.
Sizə bir misal da çəkim. Bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Biz bir tələbə istədiyi kimi geyinsin deyə digər tələbələrin mövqeyini görməzdən gələ bilmərik".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница