Понедельник
сен 07

Azərbaycanda dərslər yanvar ayından ənənəvi qaydada keçiriləcək? - AÇIQLAMA

Azərbaycanda dərslər yanvar ayından ənənəvi qaydada keçiriləcək? - AÇIQLAMA


Xəbər verdiyimiz ki, Azərbaycanda koronavirus pandemiyasına görə 1-4-cü sinif şagirdləri üçün dərslər sentyabrın 15-dən ənənəvi, yuxarı sinif şagirdləri üçün də onlayn formada keçirilməsi gözlənilir. Ali təhsil müəssisələrində də oktyabrın 1-dən 1-ci kurs tələbələri üçün ənənəvi formada başlanması nəzərdə tutulur. Bir çox mütəxəssislər koronavirus pandemiyasının bu ilin sonuna kimi mutasiyaya uğrayaraq zəifləyəcəyi, hətta bitəcəyini söyləyirlər.
Belə olarsa yanvar ayından Azərbaycanda dərslər ənənəvi qaydada keçirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin və Nazirlər Kabineti yanı nda Operativ Qərargahın qərarı oldu:

"Orada bütün məsələlər öz əksini tapdı. Yəni məktəbəqədər, ibtidai və yuxarı siniflər üçün dərslərin hansı formada keçiriləcəyi ilə bağlı məlumat verildi. Eyni zamanda ali məkətblərlə də bağlı konkret qərarlar oldu.

Hesab edirəm ki, bu qərarlar realığı əks etdirir. Azərbaycandakı epidemioloji vəziyyət nəzərə alınaraq belə bir qərar qəbul edilib. Onu da qeyd edək ki, dünyanın bir çox ölkələri hələ də tədrislə bağlı ənənəvi, distan və onlayn tədrislə bağlı yekdil qərara sahib deyil.

Zaman-zaman bununla bağlı müzakirə aparılır, qərarların alınması üçün məsləhətləşmələr həyata keçirilir. Necə ki, Azərbaycanda da bu addımlar atılır, işlər görülür. Hazırda Təhsil Nazirliyinin də qərarına əsasən ənənəvi dərslərlə bağlı konkret mövqe ortada yoxdur.
Bildiyiniz kimi birinci kurslar həftədə bir neçə dəfə dərsə gələcək. Tam ənənəvi təhsillə bağlı bu gündən nəyisə konkret bir söz demək qeyri-mümkündür.

Çünki bu epidemioloji vəziyyətdən asılıdır. Nəyinki ölkəmizdə dünyada da bunun barəsində müzakirələr gedir. Ümumdünya Səhiyyə Təşkilatının təlimatları var. Bu proseslə bağlı ümumi müzakirə aparılaraq qərarlar qəbul ediləcək. Pandemiya tez sovuşsa ənənəvi tədrisə biz tezliklə dönəcəyik.
Amma viurs gec bitsə ənənəvi tədrisin keçirilməsinə qoyulan məhdudiyyət də uzadıla bilər. Hamımıza məlumdur ki, ölkəmizdə yoluxanların sayında artım var. Sərt karantin tədbiq ediləndə yoluxanların sayı 79-a kimi düşmüşdü. Amma bu gün gündəlik yoluxanların sayı 140 ətrafındadır. Bizim ənənəvi təhsilə və normal həyata qayıtmağımız birbaşa insanlarımızın bu məsələdə məsuliyyətindən asılıdır. Təhlükə tam bitməyib. Azərbaycanda və dünyada bu təhlükə ilə bağlı narahatlıq var. Bütün dünyada gedən prosesdir. Biz ehtiyatı əldən verməməliyik. Sanitar-gigyenik qaydalara əməl edilməlidir. Qapalı yerlərdə maska taxılmalı, sosial məsafə qorunmalı və dezinfeksiya məhlularından istifadə olunmalıdır. Vəziyyət nə zaman sabitləşsə o zaman da ənənəvi tədrislə bağlı konkret qərar qəbul edilməlidir".

Комментарии (0)

Оставить комментарий