16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Oğlanların üzü təmiz olmalıdır, qızlar açıq geyinməməlidir - Qadağa qoyulub?

Oğlanların üzü təmiz olmalıdır, qızlar açıq geyinməməlidir - Qadağa qoyulub?
Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinə geyim, makiyaj və saqqalla bağlı bəzi qadağaların qoyulması məlumatı yayılıb.
 
@may.az_official apa-ya istinadən xəbər verir ki, göndərilən göstərişdə bildirilib ki, tələbələr bunlara riayət etməsə, müvafiq addımlar atılacaq."Rəhbərliyin göstərişi ilə sabahdan universitetə gələrkən oğlan tələbələrimiz üzləri təmiz (təraş olunmuş) formada gəlməlidirlər. Qız tələbələrimiz isə uzun dırnaqları səliqəyə salınmış və açıq olmayan (cırıq, qısa olmayan) sadə geyimlər geyinərək gəlməlidirlər. Bütün tələbələr bu qaydalara ciddi əməl etməlidirlər. Əks halda müvafiq addımlar atılacaq", - deyə qeyd olunub.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətindən APA-ya bildirilib ki, rəhbərliyin belə bir göstərişi olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:


"Məsələdən xəbərdarıq. Hazırda bununla bağlı araşdırma aparılır və bunun kim tərəfindən göndərildiyi müəyyənləşdirilir".


#mayaztagram 


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница