08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Təhsil Nazirliyi tələbələrə müraciət etdi
Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.
Big.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat yayıb.
Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, "ASAN İmza" və "E-imza" ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.
Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница