16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

ÜST: "COVID-19-un yeni variyantı "FLiRT" virusu yayılır"

ÜST: "COVID-19-un yeni variyantı "FLiRT" virusu yayılır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada COVID 19-un başqa variyantı olan "FLiRT" virusu yayılmağa başlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən yeni virusun simptomları, baş vermə səbəbi o cümlədən qarşısını almağın yolları araşdırılıb.

İngiltərənin İctimai Səhiyyə Agentliyi yeni variantların nə qədər ağır və yoluxucu ola biləcəyini anlamaq üçün "daha çox məlumat"a ehtiyac olduğunu açıqlayıb.

FLiRT variantlarının simptomları hansılardır?

Simptomlar digər COVID-19 növləri ilə eynidir. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, simptomlar adətən virusun təsiri altında 5-6 gün sonra başlayır və 1-14 gün aralığında davam edir.

Ən çox görülən simptomları: Hərarət, boğaz ağrısı.

Daha spesifik simptomları: Əllərdə və ayaqlarda əzələ ağrısı, əzginlik, tənəffüs problemi, baş ağrısı, gözdə ağrılar, başgicəllənmə, öskürək, sinədə ağrılar, nəfəs darlığı, uyuşma, iştahasızlıq, ürəkbulanma, qusma, mədə ağrısı və ya ishal, qoxu itkisi, yuxusuzluq...

Peyvəndlər FLiRT variantlarına qarşı effektivdirmi?

Nyu-Yorkun "Mount Sinai South Nassau" Xəstəxanasının infeksiya xəstəlikləri üzrə baş həkimi Dr. Aaron Qlett, bazarda olan peyvəndlərin yeni variantlara qarşı təsirli olmasının lazım olduğunu söyləyib.

COVID-19-un variyantları artmaqdadır?

Ümumdünya Səhiyyə Təşkilatının may ayındakı yoluxmaların son hesabatı göstərir ki, yoluxma hallarının sayı əvvəlki aylarla müqayisədə azalıb, lakin bu məlumatlar hələ də müntəzəm olaraq hesabat verən məhdud sayda ölkədən alınır. Dünyada COVID-19 testləri və hesabatları əvvəlki kimi geniş yayılmır.

Bəzi ölkələrdə isə yoluxma hallarının sayı artmaqdadır.

Məsələn İngiltərədə may və iyun aylarında SARS-CoV-2 testində müsbət nəticə verənlərin sayı artıb. COVID-19 halları Avropanın bəzi bölgələrində artıb, ABŞ-də müsbət nəticələrinin sayı da artmaqdadır. COVID-19-un göstəriciləri il ərzində dəyişir, lakin mütəxəssislər infeksiya səviyyəsini daim izləyirlər.

Mütəxəssislər vaksin istehsalçılarından 2022-ci ildən etibarən yeni variantları daha yaxşı hədəf almaq üçün COVID-19 peyvəndlərinin yeni versiyalarını hazırlamalarını tələb edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница