08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

COVID-in yeni ştammı Niderlandı cənginə alıb

COVID-in yeni ştammı Niderlandı cənginə alıb

FLIRT kimi tanınan yeni koronavirus variantı isti havalara baxmayaraq, Niderlandda yoluxma dalğasına səbəb olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Erasmus Universitetinin Rotterdam Tibb Mərkəzinin virusologiya üzrə professoru Marion Kopmans məlumat verib.

Onun sözlərinə görə, virusun yayılma dərəcəsinin ən dəqiq göstəricisi onun çirkab sulardakı miqdarıdır. Belə ki, çirkab sulardakı virus hissəciklərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çoxdur.

Lakin ekspertin sözlərinə görə, xəstəliyin indiki dalğası əvvəlkilərlə müqayisə oluna bilməz.

"Koronavirus indi əvvəlkindən daha az ciddi nəticələrə səbəb olur. Məsələn, yoluxma hallarının artmasına baxmayaraq, hazırda xəstəxanaya yerləşdirilənlərin sayı demək olar ki, artmır", - Kopmans bildirib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница