08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

DeepSeek istifadəçilərin razılığı olmadan onların məlumatlarını Çinə ötürüb

DeepSeek istifadəçilərin razılığı olmadan onların məlumatlarını Çinə ötürüb
Cənubi Koreya Məlumatların Qorunması Komissiyası bəyan edib ki, süni zəka sahəsində fəaliyyət göstərən Çin startapı DeepSeek istifadəçilərin razılığı olmadan onların şəxsi məlumatlarını və sorğularını Çinə ötürüb. Bu, həmin xidmətin tətbiqi hələ ölkədə əlçatan olduğu dövrdə baş verib. Cənubi Koreya tənzimləyici qurumunun bildirdiyinə görə, Hangzhou DeepSeek Artificial Intelligence Co Ltd istifadəçilərin şəxsi məlumatlarının Çində və ABŞ-da yerləşən bir neçə təşkilata ötürülməsi üçün razılıq əldə etməyib. Bu isə yanvar ayında istifadəyə verilmiş tətbiqin ölkədə hələ yükləmə üçün əlçatan olduğu dövrdə baş verib.
     Fevral ayında qurum DeepSeek tətbiqinin Cənubi Koreya ərazisində yeni yüklənməsini dayandırıb. Səbəb isə xidmətin idarəçilərinin şəxsi məlumatların qorunması ilə bağlı bəzi qaydalara əməl etməməsidir. Qurumun açıqlamasına görə, tətbiq eyni zamanda istifadəçilərin süni zəkaya verdikləri sorğuların məzmununu, onların cihazları, şəbəkələri və tətbiqləri haqqında məlumatları Beijing Volcano Engine Technology Co. Ltd. adlı şirkətə göndərirmiş.
     DeepSeek isə cavabında bildirib ki, bu məlumatların Volcano Engine-ə ötürülməsi qərarı məhsulun funksionallığını yaxşılaşdırmaq məqsədilə verilib və 10 aprel tarixindən etibarən süni zəkaya verilən sorğuların məzmunu artıq ötürülmür. Cənubi Koreya tənzimləyici qurumu DeepSeek-ə Volcano Engine-ə ötürülmüş süni zəka sorğularının məzmununun dərhal silinməsi və şəxsi məlumatların xaricə ötürülməsi üçün hüquqi əsasların yaradılması ilə bağlı göstəriş verib. Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, Çin hakimiyyəti heç vaxt şirkətlərdən qeyri-qanuni şəkildə məlumat toplamağı və saxlamağı tələb etməyib və etməyəcək.
Mənbə: Reuters


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница