16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

9 Avropa ölkəsi "X"dən şikayət etdi - İcazəsiz məlumat toplayıb

9 Avropa ölkəsi "X"dən şikayət etdi - İcazəsiz məlumat toplayıb

Sosial media platforması "X"-in süni intellekt şirkəti olan "xAI", istifadəçilərin razılığı olmadan şəxsi məlumatları topladığı səbəbilə Avropa İttifaqının (Aİ) 9 ölkəsin tərəfindən şikayət olunub.

Lent.az xəbər verir ki, məlumatların təhlükəsizliyi sahəsində fəaliyyət göstərən və Vyanada yerləşən "Noyb" qeyri-hökumət təşkilatı "X" sosial media platformasından şikayət edib.

Şikayətin səbəbi şirkətin Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR) əməl etməməsi ilə izah edilib.

"Noyb" Avstriya, Belçika, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Hollandiya, İspaniya və Polşada "X" sosial media platformasına qarşı şikayət qaldırıb.

Açıqlamada "X"-in Avropada 60 milyondan çox istifadəçinin şəxsi məlumatlarından qeyri-qanuni olaraq "Qrok" kimi süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün onların razılığı olmadan və əvvəlcədən xəbərdarlıq etmədən istifadə etməyə başladığı bildirilib.

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumatların qeyri-qanuni işlənməsini dayandırmaq üçün keçən həftə "X"-ə qarşı məhkəmədə iddia qaldırıb.

Bundan başqa "Noyb" Avropanın 9 ölkəsində "X"-ə qarşı rəsmi şikayət məktubu ünvanlayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница