16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Kim Çen Indan nüvə müharibəsi barədə xəbərdarlıq

Kim Çen Indan nüvə müharibəsi barədə xəbərdarlıq

"KXDR ölkənin suverenliyinə qəsd ediləcəyi təqdirdə düşmənlərinə qarşı nüvə silahından tərəddüdsüz istifadə edəcək".

Oxu.Az-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadla verdiyi məlumata görə, bu barədə Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Bu xəbərdarlıq Cənubi Koreya Prezidenti Yun Sok Yolun Pxenyana qarşı hədələrinə cavab olaraq səslənib.

Kim Çen In cənubi koreyalı həmkarını KXDR-in nüvə silahından istifadə cəhdlərinə qətiyyətli və dağıdıcı cavab vermək niyyəti ilə bağlı bəyanatına görə "qeyri-normal insan" adlandırıb. Şimali Koreya lideri vurğulayıb ki, nüvə dövlətinə qarşı bu cür hədələr "son dərəcə axmaqlıq və düşüncəsizlik" təzahürüdür.

Qeyd edək ki, Koreya yarımadasında gərginlik oktyabrın 1-də, Hərbi Gündə Cənubi Koreyanın yeni "Hyunmoo-5" ballistik raketini nümayiş etdirməsindən sonra kəskin şəkildə artıb.

Şimali Koreya lideri, həmçinin qeyd edib ki, bu bəyanatlar və hərəkətlər regionda təhlükəsizliyi kimin təhdid etdiyini göstərir.

"Əgər düşmən son dərəcə axmaqlıq və düşüncəsizliyə qapılaraq KXDR-in suverenliyinə təcavüz etmək üçün silahlı qüvvələrdən istifadə etməyə cəhd göstərərsə, Pxenyan tərəddüd etmədən nüvə silahı da daxil olmaqla malik olduğu bütün hücum qüvvələrindən istifadə edəcək", - deyə Kim Çen In əlavə edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница